Çörək itirən, çörək tapmaz

Unsplashed background img 2
HAQQIMIZDA

Babak Çörək Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ildə fəaliyyətə başlamışdır. Müəssisə Babək rayonunda 1600 m ərazidə yerləşir. Çörək istehsalı üzrə ixtisaslaşmış bu müəssisədə yüksək keyfiyyətli buğda unundan 3 çeşiddə ətirli və dadlı Azərbaycanın milli çörəkləri istehsal olunur. Müəssisədə lavaş istehsalı əsas yer tutur. Burada istehsal olunan lavaş kürədə bişirilir. Müəssisədə istehsal olunan məhsullar Naxçıvan Muxtar Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən uyğunluq və Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən gigiyenik sertifikatları ilə təmin edilmişdir. Burada quraşdırılmış avadanlıqlar Türkiyə Respublikasından gətirilmişdir. Müəssisə ay ərzində 18-20 min ədəd baton və dietik çörək. 1800 ədəd lavaş istehsal edir.

2011-ci ildən etibarən Babək Çörək MMC-də yeni istehsalat sexi Çörək qatqı istehsalı istifadəyə verilmişdir.Çörək qatqı əlavəsi sexi lazımi avadanlıqlarla və laboratoriya ilə təchiz edilmişdir. Avadanlıqlar əsasən Türkiyə və İran istehsalı olan avadanlıqlar olub iş günü müddəti ərzində 2 tona qədər məhsul istehsal etməyə imkan verir. Sex qarışdırıcı avadanlıqlardan və paketləmə aparatından ibarətdir.Unun tərkibinin müəyyənləşdirilməsi məqsədilə xüsusi labaratoriya mövcud olub aşağıdakı cihazlarla təchiz edilmişdir.

  • 1.Labaratoriya dəyirmanı
  • 2.Düşmə sayısı cihazı (Falling Number)
  • 3.Gluten indeks sistemi cihazı
  • 4.Sedimentasyon test cihazı
  • 5.Alveoqraf cihazı
  • Çörək qatqı əlavəsi sexinin təkmilləşdirilməsi və yeni texnologiyanın tətbiqi sayəsində hazırda MMC-də üç çeşiddə qatqı əlavəsi istehsal olunur. Unların tərkibindən və keyfiyyətindən asılı olaraq aşağıdakı marka qatqı əlavəsi istehsal edilir

  • 1.Euro Max
  • 2.Eka Lux
  • 3.Qat-qat
  • Zəif unlarda Eka Lux, orta unlarda Euro Max güclü unlarda isə Qat-qat markalı qatqı əlavələrinin istfadəsi nəzərdə tutulur

    Çörək qatqı əlavəsi qüvvədə ola sanitar qaydalara əməl edilməklə təqdim olunmuş texnoloji prosses və resepturaya uyğun olaraq hazırlanır. Çörək qatqı əlavəsinin hazırlanması üçün istifadə olunan xammallar normativ sənədlər və tibbi bioloji tələblərə tam uyğundur. Qablaşdırılmış çörək qatqı əlavəsi netto çəkisi 10 kq-dan artıq olmamaqla karton qutulara və ya 15-20-25 kq-dan artıq olmamaqla kağız cuvallara yığılır.İstehlak tarasına qablaşdırılmış məhsulun hər bir qablaşdırma vahidinin üzərində aşağıdakı tərkibdə markalam vardır.

  • 1.İstehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı
  • 2.Məhsulun adı
  • 3.Xalis kütləsi
  • 4.Tərkibi
  • 5.İstehsal tarıxı
  • 6.Saxlanma şəraiti